Layihə çərçivəsində növbəti işlərin icrası təmin edilmişdir:
- Muzeyin bütün otaqlarında səsli xəbərdarlıq və ucadandanışan rabitə əlaqəsi cihazları quraşdırılmışdır.
- 20-dən çox otaqda həm muzeyin ziyarətçilərinin, həm də xidmət personalının bu otaqlara girişinə nəzarət etmək üçün kodlu qıfıl sistemi və videomüşahidə sistemləri quraşdırılmışdır.
- Əsas enerji təchizatı xəttinin sönməsi və yaxud sıradan çıxması hallarında bütün elektron sistemlərin normal rejimdə işləməsini təmin etmək üçün fasiləsiz qidalandırma sistemi qurulmuşdur.